Milli Qəhrəman general-mayor Polad Həşimovun səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.
Globalinfo.az-ın xəbərinə görə, TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.
“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir.
Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, – açıqlamada deyilir.