qadin sahibkarlar 1

“Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyanın əsas alətlərindən biridir. İqtisadiyyat Nazirliyi aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişlərinə dair təklifləri hər il Nazirlər Kabinetinə təqdim edir. Bu təkliflər nəzərə alınmaqla 2026–27-ci tədris illəri üçün bakalavriat, magistratura, tibbi təhsil və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişi yer müəyyən edilib”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, son 5 ildə ümumi qəbul planını dövlət sifarişi yerlərinin xüsusi çəkisi təxminən 50%-ə yaxınlaşıb:

“Bu da ölkə vətəndaşlarının pulsuz təhsilə əlçatanlığının artırılmasına xidmət edir. Elmi nəticələrin iqtisadiyyatda tətbiqi üçün də stimullar genişləndirilib. 2027-ci ildə texnologiya parklarının rezidentləri üçün tətbiq olunan 20 illik vergi güzəştləri paketi elm işləmələrinin istehsalatın çevrilməsinə əlavə stimul verəcək.

Xüsusilə qeyd etmək istəyirəm ki, iqtisadi artımın yaratdığı imkanların cəmiyyətin bütün təbəqələri üçün əlçatan olması dayanıqlı inkişafın mühüm şərtlərindən biridir. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması məşğulluğun artırılmasında mühüm amildir.

Ötən il dekabrında təsdiq edilmiş Gender bərabərliyi üzrə 2026–28-ci illər üçün Milli Fəaliyyət Planı da qadınların sosial-iqtisadi fəallığının artırılmasını qətiyyət istiqamətlərdən biri kimi müəyyən edir. Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur.

Təsisçi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 mindən çoxdur.

Azərbaycanın Biznes İnkişaf Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın qadın sahibkara investisiya layihələrinin maliyyələşməsinə 22 milyon manatdan çox güzəştli kredit verilib. Vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrinin layihələrinə yönəldilmişdir”.

A.Bayramovun sözlərinə görə, qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahəsinə əlavə dəyərin yaratdığı fəaliyyətə daha çox maraq göstərir:

“Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluqda və regionların iqtisadi canlanmasında töhfə verib.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin xətti ilə qadın sahibkarlara qrantlar ayrılıb, innovasiya fəaliyyətində əldə etdikləri gəlirlər üçün mənfəət və gəlir vergisindən azad edilən startap şəhadətnamələri verilir.

Mindən çox qadın sahibkar yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxmasına dəstək göstərilir. Qlobal çalışmalara uyğun olaraq ölkəmizdə rəqəmsal bacarıqlara da maraq günü-gündən artır. İqtisadiyyat Nazirliyi Elm və Təhsil Nazirliyinin qurumları ilə birlikdə “Coursera” şirkəti ilə birgə fəaliyyət həyata keçirib. Bu fəaliyyət nəticəsində 4Sİ akademiyası milli proqramı vətəndaşlara dünyanın aparıcı universitetlərinin və texnologiya şirkətlərinin onlayn təlimlərindən ödənişsiz yararlanmaq imkanı yaradır.

Bu proqramlar çərçivəsində 2025-ci ilin aprelindən bu günə qədər qadınlar tərəfindən 70 mindən çox təlim tamamlanıb, maşın öyrənməsi və data analitikası üzrə keçirilən təlimlərdə qadınların payı 42%-dən 59%-ədək artıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: