budce 2 728x403 1

“Kənd təsərrüfatı bölməsi üzrə 2027-ci ilin xərclərinin 315,8 milyon manatı bölüşdürülməmiş, yəni blok xərclərdir. Bu məbləğ ümumi xərclərin 23,9%-ni təşkil edir. 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə bloklanmış xərclər 157 milyon manat artıb”.

Globalinfo.az xəbər verir ki, bunu Hesabalama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.

O qeyd edib ki, təhsil bölməsi üzrə 2027-ci ilin xərclərinin 945,7 milyon manatı bölüşdürülməmiş xərclərdir:

“Bu məbləğ ümumi xərclərin 18,5%-ni təşkil edir. 2026-cı ilin gözlənilən icrası ilə müqayisədə bloklanmış xərclər 292 milyon manat artıb. İlk dəfə olaraq izahatda orta müddətli xərclər çərçivəsi islahatlarına cəlb edilmiş sektorlar üzrə 2027-ci il üzrə nəzərdə tutulan proqramların sayı və həmin proqramların həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi haqqında məlumat təqdim edilib.

Məsələn, təhsil sektorunda 11 proqramın həyata keçirilməsi üçün 5 milyard manat, sosial müdafiə və sosial təminat sektorunda 9 proqramın həyata keçirilməsi üçün 4 milyard 479 milyon manat, kənd təsərrüfatı sektorunda 8 proqramın həyata keçirilməsi üçün 1 milyard 379 milyon manat vəsait nəzərdə tutulur.

İzahatın orta müddətli xərclər çərçivəsinin proqram və nəticə əsaslı büdcə mexanizmi tətbiqi bölməsində büdcə vəsaitlərindən nəticə göstəricilərinə uyğun səmərəli və effektiv istifadənin icra vəziyyətinin yoxlanılması məqsədilə monitorinq tədbirləri davam etdirildiyi və islahatları cəlb olunmuş təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sektorlarında 25-ci il üzrə büdcə planları icrasına dair monitorinqin nəticələrinin hazırlandığı, müvafiq təşkilatlara metodoloji tövsiyələrin verildiyi qeyd edilir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: