avropa

“Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı danışıqlarda bloku kimin təmsil etməli olduğu məsələsində ən azı üç düşərgəyə bölünüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” diplomatlara və rəsmilərə istinadən yazıb.

Bildirilib ki, birinci düşərgə Avropa Şurasının sədri Antonio Koştanın namizədliyini dəstəkləyənlərdən ibarətdir:

“Onun namizədliyini, xüsusilə, İtaliyanın Baş naziri Corcia Meloni, eləcə də Polşa və Lüksemburq liderləri dəstəkləyiblər. Koştanın tərəfdarları hesab edirlər ki, tutduğu vəzifə onu danışıqlarda Avropa İttifaqının təmsilçisi olmaq üçün ən uyğun namizədə çevirir.

İkinci düşərgəni Fransa və Almaniya təşkil edir. Hər iki ölkə danışıqlar masasında öz yerlərini Brüsselə güzəştə getmək istəmir.

Ən azsaylı və ziddiyyətli düşərgə isə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın tərəfdarlarıdır. Bəzi diplomatlar onu Kreml üçün qəbuledilməz həmsöhbət hesab edirlər. Onun tərəfdarları isə əmindirlər ki, məhz Kallasın sərt mövqeyi danışıqlarda zəruridir”.

Qeyd edək ki, Kallas özü daha əvvəl Rusiya ilə danışıqlarda Avropanı təmsil edə biləcəyini bildirmişdi. Bununla yanaşı, Aİ daxilində başqa qərarın da qəbul edilə biləcəyini istisna etməmişdi. Aİ-nin xarici siyasət rəhbəri Rusiyanın onun namizədliyindən narazılığını da şərh edərək, “hər kəs öz nümayəndələrini seçmək imkanına malik olmalıdır” deyə bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: