gulnare memmedova

Tanınmış oftalmoloqu maşın vurub.

Globalinfo.az “APA”-ya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikovadlı şəxs idarə etdiyi “Hunday” markalı avtomobillə yolu keçən piyada – 64 yaşlı Gülnarə Məmmədovanı vurub.

G.Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: