irevan 14523 900x506 1

Beynəlxalq səyahət saytları Booking.com və GetYourGuide.com-da Şuşa və Xankəndiyə tur paketlərinin reklam edilməsi Ermənistanda ciddi narazılığa səbəb olub. 

Globalinfo.az xəbər verir ki, iki bölgənin də Azərbaycan ərazisi kimi turistik səfərlər üçün reklam edilməsi ermənilər arasında birmənalı qarşılanmayıb.

Xüsusilə Yuxarı Gövhər Ağa məscidinin də Şuşaya səyahət zamanı gəzilməli məkanlardan biri kimi göstərilməsi diqqət çəkib.

İddia edilir ki, məscid 2019-cu ildə səthi şəkildə bərpa edilib. Təmirin təşəbbüskarı Vardanyanın dəstəklədiyi “Revival of Oriental Historical Heritage” (Şərq Tarixi İrsinin Dirçəldilməsi) fondu olub. Lakin təmirdən sonra məscid erməniİran mədəniyyət mərkəzi kimi turistlərə təqdim edilib. Azərbaycanın adı isə məscidin tarixindən tamamilə silinib.

Məlumata görə, qlobal “Marriott Bonvoy” şəbəkəsi də Qarabağa turların reklamını paylaşıb. Lakin erməni lobbisi və diasporası birləşərək şəbəkəyə təzyiq göstərib və saxta ittihamlarla reklamları silməyə məcbur ediblər. 

uVybxtpzSrAYcfbV

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: