nn

Vətən Müharibəsi qəhrəmanı, şəhid kapitan Surxay Noçuyevin həyatından bəhs edən “Komutan” və “Son əmr” kitablarının növbəti təqdimat mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, tədbir bu dəfə Şuşa və Xankəndi şəhərində baş tutub.

Mərasimdə şəhidin atası Noçuyev Əbdül, anası Noçuyeva Mehriban, qardaşı Noçuyev Əfqan, həyat yoldaşı Noçuyeva Lalə, oğlu Noçuyev Uğur, qızı Noçuyeva Fidan iştirak ediblər.

Həmçinin sözügedən kitablar şəhər sakinlərinə, o cümlədən burada yerləşən dövlət qurumlarına paylanılıb.

Xatırladaq ki, kitabların ilk təqdimat mərasimi 2024-cü il, dekabrın 14-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının binasında baş tutub.

Qeyd edək ki, Surxay Noçuyev 19 dekbar 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. 1995–2002-ci illərdə Xarici Dillər Təmayüllü Gimnaziyada, 2003–2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006–2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) Quru Qoşunları fakültəsini və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə “leytenant” hərbi rütbəsi verilib.

O, noyabr ayının 9-u Şuşa şəhəri ərazisində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn edilib. Sağlığında Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” medalları ilə təltif olunub.

1 1 scaled 2 scaled 3 scaled 4 scaled 5 scaled 6 scaled

 

Paylaş: