
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.
Globalinfo.az xəbər verir ki, Türkiyə XİN başçısı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə danışıqlar aparacaq.
Görüşün əsas mövzuları Suriya hakimiyyəti və Suriya Demokratik Qüvvələri arasında imzalanmış razılaşma, eləcə də ölkənin keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalar olacaq.
Məlumata görə, H.Fidan artıq Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşüb.
İclasda digər gündəm Əsəd rejimi tərəfdarları ilə hökumət rəsmiləri arasında toqquşmaların da müzakirə mövzusu olacağı bildirilib.
Qeyd edək ki, bir neçə dəqiqə öncə İsrail Ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirdiyini açıqlayıb.