Sumqayıtda keçmiş məhkum bıçaqlandı

Fevralın 20-də saat 22:20 radələrində Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, əvvəllər məhkum olunmuş Əzimov Samir Mürşüd oğlu bıçaqlanıb.

Belə ki, S.Əzimov Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi ərazisində tanımadığı şəxslə arasında yaranan mübahisə zəminində bıçaqla qarın nahiyəsindən xəsarət alaraq Sumqayıt TTYX-na müraciət edib.

Hadisə ilə bağlı Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində araşdırma aparılır.

Malik
Globalinfo.az