Sumqayıtda ağır qəza: ölənlər və yaralananlar var – FOTO

67893d2d7693067893d2d76931173704734167893d2d7692e67893d2d7692f

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Kia Cadenza” markalı minik avtomobili ilə “Hyundai Elantra” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən “Kia Cadenza” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəza nəticəsində iki nəfər aldıqları bədən xəsarətlərindən vəfat edib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobillə “KİA” markalı avtomobil toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.