“Sülh sazişi tez imzalanmalıdır, çünki…” – Ərdoğan

“Türkiyə Cənubi Qafqazda sülhün bərqərar olması üçün hər şeyi edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi mümkün qədər tez imzalanmalıdır. Çünki bu, regionda sabitliyə gətirib çıxaracaq.

“Biz dəfələrlə vurğulamışıq ki, Cənubi Qafqazda tarixi fürsət əldən verilməməlidir. Bölgəmizdəki qeyri-sabitlikdən istifadə edən xarici güclərin təxribatlarına imkan verməməliyik. Türkiyə olaraq davamlı sülhün əldə edilməsi üçün hər cür səy göstərəcəyik”, – Ərdoğan bildirib.

Ərdoğan Ermənistanla Azərbaycan arasında gedən proseslərdən məmnunluğunu ifadə edib. O, regionda ədalətli və davamlı sülhün Azərbaycan, Ermənistan və region ölkələri üçün yeni ab-hava yaradacağını vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az