Türkiyənin daxili işlər naziri Süleyman Soylu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.
Globalinfo.az İctimai TV-yə istinadən xəbər verir ki, S.Soylu zəlzələ olan bölgə üçün çadıra ehtiyac olduğunu bildirib:
“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun”.