87e0a29f 98cf 46c6 b450 2671fcbf6f4d


Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən keçirilən Sosial Jurnalistika təlimləri yekunlaşıb.

Globalinfo.az xəbər verir ki, Milli Observatoriyanın Təlim Mərkəzində təşkil olunan və 5 gün davam edən təlimlərdə 13 media orqanından nümayəndələr iştirak edib.

Nazirlik sistemində çalışan peşəkar və təcrübəli əməkdaşlar tərəfindən media işçilərinə əmək, məşğulluq, sosial müdafiə, sosial xidmətlər, əlillik və reabilitasiya sahələrində göstərilən xidmətlərə, bu sahələrdə aparılan islahatlara dair iştirakçılara məlumatlar verilib.

Bu sahələrdə tətbiq olunan innovativ yeniliklər, rəqəmsal texnologiyalar, eləcə də qarşıda duran sosial hədəflər diqqətə çatdırılıb. Həmçinin sahəvi terminologiyaya dair məlumatlar verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Təlimin yekununda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli media nümayəndələri ilə görüşüb. Görüşdə Sosial Jurnalistika təliminin media üçün əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, təlimdə məqsəd media nümayəndələrinin sosial mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlığının, sahəvi biliklərinin artırılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

1f4b3e8e 7207 471b 921f 625b7505f43d WhatsApp Image 2023 03 18 at 15.40.55

Paylaş: