ad2f1c13 e76a 47cc 8df5 b5b29bc2df70

HƏMAS və İsrail 50 mülki girovun azadlığa buraxılması üçün 3 günlük atəşkəs elan etməyi planlaşdırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter”ə hazırda danışıqlarda iştirak edən mənbə bildirib.

Qeyd edilir ki, HƏMAS artıq atəşkəslə bağlı irəli sürülən şərtləri qəbul edib.

Mənbə bu istiqamətdə danışıqların davam etdiyini, ABŞ-ın koordinasiyası ilə keçirilən danışıqlarda İsrailin fələstinli əsrləri azad etməsi və Qəzzaya humanitar yardımın çatdırılmasının nəzərdə tutulduğunu deyib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: