Ailəsi: Fazil Mustafa başqa yerə köçürülüb – FOTOLAR / VİDEO

“Vəziyyəti yaxşıdır”.

Bunu Globalinfo.az-a açıqlamasında deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul deyib.

O, Fazil Mustafanın əməliyyatdan sağ-salamat çıxdığını qeyd edib.

“Vəziyyəti yaxşıdır, artıq özəl klinikaya köçürülüb”, – deyə bildirib.

***

Fazil Mustafa əməliyyatdan sonra başqa xəstəxanaya köçürülüb.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin Hospitalına aparılıb.

***00:12

Fazil Mustafa əməliyyatdan çıxıb.

Globalinfo.az xəbər verir ki, onun Bakıdakı özəl klinikalardan birinə köçürüləcəyi bildirilir.

***23:44

Xəbər verdiyimiz kimi, deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

Globalinfo.az xəbər verir ki, deputat Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisədən xəbər tutan siyasətçilər, ictimaiyyət nümayəndələri xəstəxananın qabağına yığışıb.