Erməni hərbçi öldü

Ermənistan Ordusunun hərbçisi güllə yarasından ölüb. 

Globalinfo.az xəbər verir ki, ölən hərbçinin Vayots Dzorun Badruni kəndi yaxınlığında N saylı hərbi hissədə qulluq etdiyi bildirilib.

Erməni mediası onun dekabrın 4-ü saat 02:50-də yaralanan hərbçi olduğunu qeyd edib

***

Ermənistan ordusunun hərbçisi güllə yarası alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisənin dekabrın 4-ü saat 02:50-də baş verdiyi bildirilir.

Yaralı hərbçinin vəziyyəti stabil-ağır qiymətləndirilir.

Hadisənin başvermə şəraiti məlum deyil. Məsələ ilə bağlı araşdırma aparılır.

Ayşən Mustafa
Globalinfo.az