İranın Türkiyəyə doğru həyata keçirdiyi ballistik raket atışı ilə bağlı dərhal reaksiya verilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.
“Bugünkü hadisədə olduğu kimi, biz NATO müttəfiqlərimizlə sıx əməkdaşlıq çərçivəsində bütün tədbirləri görürük və vəziyyətə dərhal reaksiya veririk. Həmçinin bu cür hadisələrin təkrarlanmaması üçün ən aydın xəbərdarlıqları edirik”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyi ilə bağlı məsələlərdə bütün zəruri addımlar atılır və proses diqqətlə izlənilir.
Tahir Turan
Globalinfo.az