1a97927e 4408 33c2 8507 24ecfb65a2b6 850

İsrailin Hərbi Hava Qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, onlarla təyyarə səmada, ABŞ ilə sıx koordinasiyadadır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari jurnalistlər üçün brifinqdə “bu həftə orduda vəziyyətin qiymətləndirildiyini və İran tərəfindən hücuma hazırlıq planlarının təsdiqləndiyini” deyib.

“İsrail hərbi hava qüvvələrinin müdafiə və hücum sistemləri hazır vəziyyətə gətirilib, göydə onlarla hazır təyyarə var. Strateji tərəfdaşlarımızla, ilk növbədə ABŞ ilə vəziyyəti qiymətləndiririk və onlarla sıx koordinasiyanı dəstəkləyirik”, – o vurğulayıb.

Paylaş: