Baş naziri güllələyən yazıçının oğlundan etiraf

Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın oğlu hadisədən sonra danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.

O, atasının Baş naziri öldürmək planından xəbərsiz olduğunu bildirib.

“Atamın nə planlaşdırdığı, bu hadisənin nə üçün baş verdiyi barədə heç bir fikrim yoxdur”.

O, atasının icazəli silahı olduğunu etiraf edib.