“Düşməndən gələn hər hansı bir təhdidə coğrafi məhdudiyyətlərdən asılı olmayaraq, İran Silahlı Qüvvələri dərhal və təsirli cavab verməlidir”
Globalinfo.az xəbər verir ki, İranın Ali Lideri Müctəba Xamenei silahlı qüvvələrin yüksək rütbəli komandanları ilə görüşdə bununla bağlı əmr verib.
Xameneyi əlavə edib ki, ABŞ hərbi əməliyyatları bərpa edərsə, müharibənin bitməsinin vaxtı və şərtləri İran silahlı qüvvələri və İran xalqı tərəfindən müəyyən ediləcək.
Ali Rəhbər düşmənlərlə güclü mübarizə aparmaq üçün döyüş hazırlığını “maksimum çəkindirmə” şərti adlandırıb. Hərbi komandanlar da öz növbəsində ölkə Silahlı Qüvvələrinin Fars körfəzinin sahil bölgələrində, Hörmüz boğazında, Oman körfəzində və sərhədlərdə hazırlığı, eləcə də sursat və kəşfiyyat, dəstək və döyüş istifadəsi vasitələrinin istehsalında dəfələrlə artım barədə məlumat veriblər.