SOCAR-ın yeni vitse-prezidentləri kimlərdir? – DOSYE / YENİLƏNİB

18:14

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Elçin oğlu İsayev SOCAR-ın vitse-prezidenti təyin olunub.

Əfqan İsayev 2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) müşahidə şurasının qərarı ilə qurumun icraçı direktoru vəzifəsinə Əfqan İsayev təyin olunub.

O əvvəllər “Bank of Baku”nun idarə heyəti sədrinin müavini olub.

Əfqan İsayev “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktorudur.

***

Prezident İlham Əliyev Anar Fərruh oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

Anar Fərruh oğlu Məmmədov 1971-ci ildə Bakı şəhərində anadan olub.

A.Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsində, Oksford Universitetinin Neft Çalışmaları üzrə Kollecində təhsil alıb. İngiltərənin Neft Tədqiqatları Kollecində, həmçinin TRİUM Executive MBA proqramı üzrə magistr dərəcəsinə yiyələnib.

2009-2014-cü illərdə “SOCAR Georgia Gaz” şirkətinin baş direktoru olub.

2015-ci ildə “Magistral tranzit neft və boru kəmərlərinin texniki və iqtisadi istismarı” mövzusunda doktorluq işini müvəffəqiyyətlə müdafiə edib. Eyni zamanda “SOCAR Enegy Greece” şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bir sıra xarici şirkətlərdə müxtəlif yüksək vəzifələrdə işləyib.

A.Məmmədov “SOCAR Georgia Gas Ltd”, “Arxiel Carbonexis Ltd”, şirkətlərində baş icraçı direktor, “Millio International Ltd” şirkətində isə regional direktor vəzifəsində çalışıb.

***

Prezident İlham Əliyev Arzu Sahib qızı Cavadovanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi barədə Sərəncam imzalayıb.

Arzu Cavadova 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Geoloji-kəşfiyyat” ixtisası üzrə bitirərək, elmi araşdırmalarla məşğul olub.

1994-1995-ci illərdə ABŞ-nin UNOCAL Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-analitik təhlil üsulları və geoloji kəşfiyyat”, 1995-1996-cı illərdə isə Mobil Tədqiqat Mərkəzində “Karbohidrogen sistemləri-axtarış və kəşfiyyat üsulları, hövzə modelləşdirilməsi” mövzusunda təlimlərdə və müvafiq tədqiqat işlərində aparıcı mütəxəssis kimi fəal iştirak edib.

1996-cı ildə ARDNŞ-nin Azərİnformatika İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirən A.Cavadova 1998-ci ildən ARDNŞ-nin Dənizdə neft və qazçıxarma İB-nin Mərkəzi laboratoriyasında qrup rəhbəri vəzifəsində çalışıb.

1999-cu ildən 2007-ci ilədək ABŞ-nin “Frontera Resourses” şirkətində baş geoloq, “Salyan OYL” şirkətində işlənmə üzrə geoloq, “Delta Hess (ACG) Ltd.” şirkətində geologiya üzrə Baş mütəxəssis vəzifələrində işləyib.

2007-ci ildən bp şirkətində baş geoloji-kəşfiyyat işləri üzrə qrup rəhbəri, geoloji-kəşfiyyat üzrə menecer, karbohidrogen sistemləri üzrə baş mütəxəssis və baş geoloq, 2019-cu ildən son təyinatına qədər geoloq vəzifəsində çalışıb.

2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Arzu Cavadova “Tərəqqi” medalı ilə təltif olunub.

Geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifi olan Arzu Cavadova 4 ildir ki, Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir.

Ziba Mustafayeva indiki vəzifəsindən əvvəl SOCAR prezidentinin müşaviri idi.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Z.Mustafayeva Azercell-də də işləyib.

O, insan resursları üzrə mütəxəssisdir.

***

Prezident İlham Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə yeddi nəfərin yeni təyinatı haqqında sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov SOCAR-ın vitse-prezidenti təyin edilib.

Babək Hüseynov bu təyinata qədər SOCAR prezidentinin müşaviri vəzifəsində çalışıb. Həmçinin, bir müddət bp şirkətində işləyib.