Siyəzəndə faciə: ər və arvad dəm qazından öldü

Siyəzəndə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva yaşadıqları evin sanitar qovşağında dəm qazından boğularaq ölüblər.