ABŞ Prezidenti Donald Trampın Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə ilk görüşü haqda çıxışı rezonans doğurub.
Globalinfo.az xəbər verir ki, o, bu barədə G7 sammiti zamanı danışıb.
Misir lideri əl-Sisinin yanında dayanan Tramp kameralar qarşısında dostluqlarının necə başladığından danışıb.
O, ilk tanışlığı zarafatyana bu formada ifadə edib:
“Sisi ilə oteldə tanış olduq. Biz aşiq olduq, dərin bir sevgi… Bundan əvvəl bir-birimizi tanımırdıq. Aramızda inanılmaz bir kimya var idi. Lazım olduğundan iki saat artıq qaldım…”
Tramp sözügedən görüşün seçki kampaniyası zamanı baş tutduğunu bildirib.
Qeyd edək ki, Trampın Sisi haqqında bu qədər qeyri-adi dildən istifadə etməsi ilk dəfə deyil.
2019-cu ildə keçirilən G7 sammiti zamanı o, Misir lideri haqqında “Ən sevdiyim diktator haradadır?” demişdi.
O dövrdə böyük ajiotaj yaradan bu açıqlama insan haqları təşkilatları və müxalifət qrupları tərəfindən sərt tənqidlərə səbəb olmuşdu.
Trump’tan Mısır Devlet Başkanı el-Sisi hakkında ilginç açıklama:
“Oteldeydi ve ben de onunla tanıştım.
Aşık olduk, derin bir aşk… Ondan önce birbirimizi tanımıyorduk.
Aramızda harika bir kimya vardı…” pic.twitter.com/T8Fc7Gb31h
— Aykırı (@aykiri) June 17, 2026
Əliyar Xəlil
Globalinfo.az