Alen Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyanın COP29-la bağlı ötəngünkü açıqlaması İrəvanda rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, hakimiyyətə bağlı media qurumları “Sputnik Ermənistan”ın spikerin sözlərini təhrif etdiyini yazıb.

İddia edilir ki, Simonyan ötən gün jurnalistlərə açıqlamasında “Ermənistan sülh müqaviləsinin Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində imzalanmasının əleyhinə deyil” cümləsini əslində işlətməyib. Bu, “Sputnik Ermənistan”ın yaydığı məlumatdır.

Hökumətlə əlaqəli media orqanları Simonyan sammitlə bağlı beynəlxalq arenaya çağırış etdiyini yazıb.

“Müxtəlif tərəfdaşlar platformalar təklif edirlər, beynəlxalq ictimaiyyət sülh prosesi ilə bağlı mesaj gözləyir. COP29-da iştirak edəcək tərəfdaşlarımızın Bakıda saxlanılan erməni məhbuslardan (separatçılar – red.) danışacağını təsəvvür etmək istəyirəm. Həmçinin sülh məsələsi də orada gündəmə gətirilə bilər. Əgər Bakı sammiti Ermənistan-Azərbaycan sülh müqaviləsi və məhbusların azad edilməsi haqqında tədbirə çevirmək istəyirsə, bu, onun seçimidir”, – Simonyan açıqlamada bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: