ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün fevralın 14-də Münhendə keçirilməsi planlaşdırılır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Newsmax” məlumat yayıb. Nəşr adı açıqlanmayan Ukrayna rəsmisinə istinad edib.
Paylaşıma görə, görüş Münhen vaxtı ilə saat 17:00-da baş tutmalıdır.
Bundan əvvəl mediada Rubionun Münhendə Avropa liderləri ilə Ukrayna məsələsinə dair planlaşdırılmış görüşü görməzdən gəldiyi barədə məlumat yayılmışdı. Həmin iddialarla bağlı rəsmi açıqlama verilməyib.
Tahir Turan
Globalinfo.az