Gərginlik artır: Simonyandan sərt mesaj

“Belə çıxır ki, Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, kiməsə salam belə verməməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistan rəsmilərinin Ukraynanın hökumət nümayəndələri ilə görüşünü “anti-Rusiya jesti” adlandırmasına münasibət bildirib:

“Ermənistan həmişə “müttəfiqdən” asılı olmalı, qorxmalıdır. Qorxmalıdır ki, “müttəfiqi” olmasa, onu öldürərlər. Qorxu qılıncı həmişə erməninin başı üzərindən asılmalıdır. Rusiya Ermənistanla bağlanmış müqavilələrdə üzərinə götürdüyü öhdəlikləri açıq şəkildə yerinə yetirmir”.

Qeyd edək ki, Moskva Ermənistanın ötən həftə Maltada keçirilən və Ukraynanın təklif etdiyi “Sülh qətnaməsi”nin müzakirə olunduğu konfransda iştirakını “anti-Rusiya jesti” adlandırıb.

Ayşən Mustafa
Globalinfo.az