Simonyandan Xankəndidəki separatçılara zərbə

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı separatçılarla danışıq aparmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Ermənistan Blokundan olan deputat Arçvik Minasyan ondan separatçılarla Laçın yolu ilə bağlı görüş keçirib-keçirməyəcəyi ilə maraqlanıb. Simonyan ona hazırkı dönəmdə və formalaşmış şəraitdə belə görüşlərin təşkilinin çətin olduğunu deməklə cavab verib.

O həmçinin İrəvanın separatçılarla müzakirə ediləcək məsələsinin olmadığını söyləyib.

Zaira Akifqızı
Globalinfo.az