Şimali Koreyada ABŞ əleyhinə izdihamlı mitinq keçirildi

Şimali Koreyada ABŞ əleyhinə izdihamlı mitinq keçirilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Mitinq zamanı ABŞ-ı məhv etmək çağırışları səsləndirilib.

Məlumata görə, Pxenyanda Şimali Koreya lideri Kim Çen İnin də iştirak etdiyi mitinqdə 120 min nəfər iştirak edib.