İspaniyanın paytaxtı Madriddə minlərlə insan səhiyyə xidmətlərinin yaxşılaşdırılması tələbi ilə küçələrə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.
Aksiya təşkilatçılarının sözlərinə görə, yürüşə 200 minədək insan qatılıb. Etirazçılar yalnız özəl sığorta almağa imkanı olanların deyil, hər kəsin yüksək keyfiyyətli tibbi yardıma çıxışının təmin edilməsini tələb ediblər.
Aysel Əliyeva
Globalinfo.az