“Yaxın Şərq 1973-cü ildən bəri ən böyük regional müharibə təhlükəsi ilə üz-üzədir”.
Globalinfo.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər deyib.
O bildirib ki, qan tökülməsini dayandırmaq üçün yeni səylərə ehtiyac var.
“Regiondakı vəziyyət getdikcə pisləşir. Düşünürəm ki, regional müharibəyə yaxınıq. İsrail-Fələstin münaqişəsi gərginliyin səbəbidir və hər iki tərəf dünya qarşısında məsuliyyət daşıyır. Münaqişə qlobal təsirlərə malik ola bilər və bu, beynəlxalq ictimaiyyətdən döyüşləri dayandırmaq üçün daha qəti addımlar atmağı tələb edir”, – deyə Bəndər vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az