1db2633f 6177 496e 8d2b c37b88b84e7a 16

17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə Globalinfo.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, ölkənin 19 şəhər və rayonunda fəaliyyət göstərən 35 imtahan mərkəzində tam elektron formada təşkil olunan imtahanlarda 22 mindən çox müəllim iştirak edib. İmtahanlarda 96 faiz davamiyyət qeydə alınıb.

Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında keçiriləcək. Bununla bağlı ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Məlumata görə, bu gün keçirilən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna iyunun 26-da saat 12:00-dan etibarən başlanılacaq.

Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə müraciətlərini təqdim edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu iyulun 26-da saat 12:00-dək davam edəcək. Müraciətlər təhlil edildikdən sonra yekun nəticələr elan olunacaq.

Paylaş: