Məşhur erməni cinayətkar Rusiyada özəl hərbi şirkəti yaradır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ermənilərin Ukrayna müharibəsində Rusiya tərəfindən istifadə olunan “Arbat” batalyonu ilə bağlı vəziyyət gözlənilməz məcraya yönəlib.
Bu batalyon ideyasının müəllifi və sponsoru Qorlovkadan olan erməni kriminal avtoritet Armen Sərkisyandır. Ukrayna kəşfiyyatının məlumatına görə, A.Sərkisyan Ukrayna və Rusiyada bir neçə həbsxananın “vəziyyətinə baxıb”. Batalyonun sponsorları Rusiyada sərvətinin mənbəyi məlum olmayan şəxslərdir.
Birləşmənin komandiri Qarabağda doğulmuş erməni Ayk Qasparyandır. Onun “sağ əli” Axra Avidzba isə Ukraynada separatçıların sırasında “Donbasın vəhşi diviziyası”nda vuruşub, bəzi mənbələrə görə “dxr qəhrəmanı” adını alıb.
O həmçinin Abxaziyada 2020-ci il çevrilişində iştirak edib.
Qeyd edək ki, “Arbat” batalyonu Ukraynada müxtəlif birləşmələrdə vuruşan ermənilərdən təşkil olunub. A.Sərkisyanın Rusiyadan dəstək aldığı və sadəcə batalyon deyil, özəl hərbi şirkət tipli struktur yaratmaq istədiyi bildirilir. Təbii ki, “Vaqner”dən ilhamlanır.
Tahir Turan
Globalinfo.az