Rusiyada gərgin gecə: Moskvaya PUA hücumu – VİDEO

Ukrayna pilotsuz uçuş aparatları Moskva və Sevastopola hücuma cəhd ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, avqustun 10-u gecə saatlarında Kaluqa və Moskva vilayətləri, o cümlədən Sevastopol şəhəri istiqamətlərində Ukrayna qoşunları PUA hücumuna cəhd göstəriblər. Moskva istiqamətində uçan iki dron hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Sevastopol yaxınlığında növbətçi HHM sistemləri vasitəsilə daha iki PUA vurulub, doqquzu radioelektron mübarizə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, son günlər Ukraynanın Rusiya ərazisinə PUA hücumları intensiv xarakter alıb. Xüsusən Moskvanın hədəf seçdiyi hücumların bəziləri uğurlu olub və bir sıra obyektlərə zərər vurulub.

Ayşən Mustafa
Globalinfo.az