Sərhəddə son durum: iki nazirlik bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi İrəvanın sərhəddə atışma iddiasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, XİN-in açıqlamasında da bu iddia rədd edilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.

“Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Bu kimi açıqlamalar sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür”, – bəyanatda bildirilib.