Serbiyada icazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanıldı

17408464945131841033 1200x630 1

Serbiya polisi iyulun 5-də icazəsiz etiraz aksiyalarında 107 nəfəri saxlayıb, 2 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

“DİN əməkdaşları ötən gecə ərzində 1 130 nəfərin sənədlərini yoxlayıb. Ümumilikdə 107 nəfər saxlanılıb. İnsidentlər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınıb. Zrenyanində 2 nəfər yüngül xəsarət alıb”, – məlumatda bildirilib.