İran Bakının məlumatını təsdiqlədi, ehtiyatlı olmalıyıq – Voskanyan

“Sərhəddən gələn atışma xəbərlərindən sonra İran İslam Keşikçiləri Korpusuna (SEPAH) bağlı teleqram kanalları və sosial şəbəkələrdə İranın Ermənistana silah, sursat tədarük etməyə başladığına dair məlumatlar yayılıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.

V.Voskanyan İrəvanın diqqətli davranmalı olduğunu bildirib:

“SEPAH-a bağlı teleqram kanalları və İran mətbuatında Tehranın İrəvanı silah və sursatla tədarük etməyə başladığına dair xəbərlər yayılır. Bu məlumat hələ öz təsdiqini tapmayıb. Azərbaycan mətbuatından sonra İran KİV-də də belə məlumatların yayılması diqqətçəkəndir”.

Ayşən Mustafa
Globalinfo.az