“Putinin ABŞ rəsmiləri ilə görüşünə qədər, Rusiya ABŞ-ın sülh planı barədə məlumat alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Prezident Putin gələn həftə nümayəndə heyəti ilə görüşəcək.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına dair əsas mövqelərini açıqlayıb. O, Rusiya ilə dialoqda irəliləyiş olduğunu deyib və Kiyevin tez bir zamanda öz mövqeyini müəyyən etməsinin vacibliyini vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, planın əsas hissəsi artıq razılaşdırılıb və ilkin sənəd 28 bənddən 22-yə endirilib. O, bunun hələlik konseptual sənəd olduğunu və üzərində işlərin davam etdiyini diqqətə çatdırıb.
Əliyar Xəlil