SEPAH ABŞ-la yenidən genişmiqyaslı müharibə ehtimalının çox aşağı olduğunu açıqlayıb.
Globalinfo.az xəbər verir ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin siyasi idarə rəsmisi Məhəmməd Əkbərzadə buna səbəb kimi qarşı tərəfin zəifliyini göstərib.
Bununla yanaşı, İran ordusunun tam döyüş hazırlığında olduğunu vurğulayıb.
“Silahlı qüvvələrimiz istənilən hücuma sərt cavab verməyə hazırdır”, – deyə o bildirib.
Əkbərzadə həmçinin mümkün hücum halında İranın cənub sahillərinin təcavüzkarlar üçün qəbiristanlığa çevriləcəyini söyləyib.
Əliyar Xəlil