resize 5

“Gürcüstanın Avropa Birliyinə üzvlüyü prosesi dayandırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

Onun sözlərinə görə, Avropa Birliyi liderləri bu barədə son sammitlərindən sonra açıq şəkildə bəyanat veriblər:

“İnanmıram ki, Gürcüstan bu il irəli hərəkət edəcək, addımlar atacaq çünki Avropa Birliyində prosesi dayandırmaq qərarı verilib. İndi onlar səbrli formada Gürcüstan hökumətindən dəqiq izahlar gözləyirlər”.

Qerçinski həmçinin AB-nin Gürcüstana müdafiə sferasında 30 milyon avroluq yardımı da dayandırıb:

“Bu yalnız ilkin addımdır, digərləri də olacaq. Bizim Gürcüstan hökumətinə birbaşa dəstəyimiz azalacaq və biz onu vətəndaş cəmiyyətinə və KİV-lərə yönəldəcəyik”.

Qeyd edək ki, Gürcüstan xarici təsirin şəffaflaşdırılması barədə qanunu qəbul etməsindən sonra Qərblə münasibətləri pisləşib. Bundan öncə ABŞ da Gürcüstanla “Noble Partner” təlimləri qeyri-müəyyən müddətə dayandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: