
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki əsgəri həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Onlar Xürrəmabadda ərazinin İsraillə 12 günlük müharibədən sonra qalan partlayıcı maddələrdən təmizlənməsi əməliyyatı zamanı həyatlarını itiriblər. Hadisə Luristan əyalətində baş verib”, – deyə bildirilib.
Qeyd edək ki, iyunun 13-də İsrail İrana hava zərbələri endirməyə başlayıb.
Əliyar Xəlil
Globalinfo.az