“İranın yəhudi dövlətinin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda “F-35″ qırıcısının məhv edilməsi ilə nəticələnib”.
Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri, briqada generalı İbrahim Cabbari Tehranda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.
Hücum zamanı SEPAH eyni vaxtda İsrailin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron müharibə əməliyyatları həyata keçirib və raketlərin hədəfləri vurmasına şərait yaradıb.
General bildirib ki, İranın ballistik raketləri İsrailin kritik bazalarını və “F-35” qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib.
“İsrail rejimi və ABŞ İranın hücumunu dəf etmək üçün bütün müasir avadanlıqlarından istifadə etsələr də, ordumuzun və kəşfiyyat xidmətlərinin fəaliyyətindən təəccübləndilər”, – deyə iranlı general vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az