SEPAH hədələdi: “Yerlərini tapdıq, vuracağıq!”

“İran İsrailin bütün nüvə obyektlərinin yerini müəyyənləşdirib və təcavüz halında istənilən an onları vurmağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İranın nüvə obyektlərinin təhlükəsizliyini təmin edən İslam İnqilabı Keşikçiləri Korpusunun bölmə komandiri Əhməd Həktələb deyib.

Onun sözlərinə görə, Tehran müdafiə planları və ən müasir silahlardan istifadə etməklə öz nüvə obyektlərinə təhlükəyə qarşı durmağa qadirdir. SEPAH bütün bu cür obyektlərin İsrail ərazisində yerini müəyyənləşdirib və dərhal cavab tədbirləri görməyə hazırdır.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsrail ərazisinə hücum edib. Bu, ayın əvvəlində “ölkənin Suriyadakı konsulluğunun dağıdılmasına cavab” olub.

Safura Bənnayeva
Globalinfo.az