Arutyunyan susdu, Paşinyanı bu şəxs hədələdi

“Qarabağ separatçılarının başında dayanan Araik Arutyunyan susarkən Ermənistanın Baş naziri Nikol Paşinyanı Ruben Vardanyan hədələyib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa Ruben Vardanyan heç nə edə bilməz:

“Kreml zamanında Vardanyanı Qarabağa ona görə göndərdi ki, o bir müddət sonra Araik Arutunyanın yerinə keçsin. Kremlin sonrakı planı Vardanyanı Ermənistana transfer etmək və onu hakimiyyətdən uzaqlaşdırılacaq Paşinyanın kreslosunda oturtmaq idi.

Elxan Şahinoğlu

Kremlin heç bir planı reallaşmadı. Çünki Ruben Vardanyanın ermənilər içərisində nüfuzu aşağı olduğundan ona dəstək azdır. Bu, Kremlin Vardanyandan əlini üzməsi ilə nəticələndi. Vardanyanın Qarabağda yaratdığı “hərəkat”ın da elə bir gücü yoxdur. Odur ki, Vardanyanın Paşinyana barmaq silkələməsi Ermənistanın Baş naziri üçün təhlükəli deyil”.

Turan Rzayev
Globalinfo.az