WhatsApp Image 2024 05 16 at 15.26.04

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar sessiyası öncəsi hakim “Mülki müqavilə” fraksiyasını toplayıb və sentyabr-oktyabr aylarında ciddi, kəskin addımlar atacağını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “İravunk” nəşri məlumat yayıb.

Nəşr yazır ki, baş nazirə yaxın mənbələr onun həmin aylarda Ermənistanın KTMT-dən çıxmaq qərarını açılaya biləcəyini iddia edir.

Məlumata görə, N.Paşinyan bir sıra parlamentdənkənar qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı olduğunu deyib. Baş nazir öz ətrafına həmin şəxslərlə danışmağı, onları inandırmağı və bu məsələdə razı salmağı tapşırıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: