1689243368 1655098165 vefat

Şəhid Əyyub Süleymanovun anası Şüşən xanım vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Xatırladaq ki, Əyyub Süleymanov Əslən Cəbrayıl rayonundan olan şəhid Əyyub 09.04.2001-ci ildə Biləsuvar rayonunda anadan olub.

O, Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.11.2020-ci ildə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimiz subay və evin tək oğlu idi.

Əyyub Sukeymanov “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət etsin!

7eca514a 6060 4304 8583 1ff365230c14 45201936 8095 48cd 81eb 66aea726575d

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: