samir abasov

Neftçi” FK-nın baş məşqçisi Samir Abasovun istefa xəbəri yayılıb. Bildirilib ki, paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı müqaviləyə xitam verib.

Globalinfo.az məsələ ilə bağlı Samir Abasovla əlaqə saxlayıb.

O, xəbəri təkzib edib:

“Xəbərin necə və kim tərəfindən yayıldığını bilmirəm. Mən klubdan ayrılmamışam, fəaliyyətimi davam etdirirəm”.

***11:14

Neftçi” baş məşqçisi Samir Abasovu istefaya göndərib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, buna səbəb komandanın uğursuz çıxışı olub.

Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə “İmişli“yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından “Neftçi“nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də “ağ-qaralar”ı çalışdırıb.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: