demiguel10

“Andorra”nın qapıçısı İsa Ovono “Tenerife”nin hücumçusu İsa De Miquelin vəfatından sonra açıqlama verib.

Globalinfo.az Offsideplus.az -a istinadən xəbər verir ki, futbolçular bazar ertəsi “Andorra” – “Tenerife” matçında toqquşublar. Hadisədən sonra De Miquel reanimasiya şöbəsinə yerləşdirilib, lakin çərşənbə axşamı səhər saatlarında dünyasını dəyişib.

Ovono klubunun yaydığı açıqlamada bunları deyib:

“Həyatımın ən çətin günlərini yaşayıram. Söz tapmaqda çətinlik çəkirəm və baş verənləri qəbul etmək mənim üçün çox ağırdır. Bilirəm ki, cavablandırılmalı çoxlu suallar olacaq və qarşıma çıxan hər şeylə ən böyük hörmət çərçivəsində üzləşəcəyəm. Amma hazırda, səmimi desəm, İsa və yaşadığımız ağrıdan başqa heç nə haqqında düşünə bilmirəm. Ruhun şad olsun, İsa”.

Qeyd edək ki, hadisədən sonra Ovono sosial şəbəkələrdə təhqirlərə məruz qalıb və Instagram hesabını deaktiv edib. “Andorra” klubun üzvlərinə psixoloji dəstək göstərildiyini açıqlayıb. İspaniya polisi isə De Miquelin ölümü ilə bağlı araşdırmaya başlayıb.

Paylaş: