sly 1

Salyanda yol qəzasında ölənlərin sayı üçə çatıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərən biri ölüb.

***17:43

Salyan rayonunda baş verən avtomobil qəzasında ölənlərin kimliyi məlum olub.

Globalinfo.az bildirir ki, “Report”un Aran bürosunun məlumatına görə, qəzada ölənlər Sabirabad rayon sakinləri – 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğludur.

Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri – 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlu, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Pərvanə Fərhad qızı, onların qızı, 2011-ci il təvəllüdlü Məmmədli Fatimə Mirzağa qızı və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.

***17:24

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Noxudlu kəndində iki “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

    Paylaş: