Şahramanyanın aqibəti necə olacaq? – Ermənilərdən versiya

Xankəndidə ağ bayraq qaldırmış keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyanla bağlı yeni iddia irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

Bildirilib ki, S.Şahramanyan və bir qrup keçmiş “məsul şəxs” ölən və itkin düşənlərin cəsədlərinin axtarışı başa çatana qədər Xankəndidə qalacaqlar.

Xatırladaq ki, Şahramanyanla bərabər, keçmiş xuntanın keçmiş başçıları – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan da Azərbaycanı tərk edə bilməyiblər.