piyada olumu 4777

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlu idarə etdiyi avtomobili yolun kənarında saxlayaraq əks tərəfə keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Şahidlər bildirir ki, o dönər almaq üçün yolu keçirmiş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: